BAKI, 23 avqust. TELEQRAF

ABŞ prezidenti Donald Tramp ikinci dəfə Hörmüz boğazını “ABŞ-nin yeni ərazisi” kimi göstərən xəritə yayımlayıb.

Teleqraf xəbər verir ki, ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında paylaşıb.

Tramp eyni xəritəni daha əvvəl avqustun 18-də də yayımlamışdı. Bundan sonra İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ prezidentinin yanıldığını bildirib və bu “yanılmanı” tezliklə düzəldəcəklərini deyib.

Tramp avqustun 14-də Hörmüz boğazını ABŞ ərazisi elan etmək planlarından danışmışdı. O, belə bir addımın İranla müharibə başa çatdıqdan sonra atılacağını bildirmişdi.