BAKI, 13 mart. TELEQRAF

“Regionda artan risklər fonunda cənab Prezidentin milli maraqlara əsaslanan mövqeyi nəticəsində ölkəmizin suverenliyi etibarlı şəkildə təmin edilir”.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir quru sərhədlərinin bağlı qalmasına toxunub:

"Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir".