BAKI, 3 mart. TELEQRAF
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi təsdiq edilib.
Teleqraf xəbər verir ki, Milli Məclisin bugünkü iclasında İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva 2025-ci il üzrə məruzəni təqdim edib.
Qeyd edək ki, Ombudsmanın Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsi fevralın 24-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.