BAKI, 27 fevral. TELEQRAF

"Sarkisyan, Koçaryan Avropa Şurasının Parlament Assambleyasında sinəsinə döyərək Xocalı soyqırımını törətmələrini, uşaqları öldürdüklərini deyirdilər. Həmçinin, Zori Balayan və digərləri məsuliyyət qarşısında dayanmalıdır. Bakı məhkəməsində digərlərinə necə hökm oxundusa, onlara da hökm oxunmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayiş etdirəcək ki, hər hansı terror, etnik soyqırımı törədən cəzadan qaça bilmız: "O gec-tez öz cəzasını alacaq".