BAKI, 24 fevral. TELEQRAF
"Ermənistan və Azərbaycan arasındakı normallaşma Cənubi Qafqazda regionun mənzərəsini optimallaşdırır".
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Gürcüstan həmişə vasitəçi rolu üçün hazırdır: “Biz sülhü dəstəkləyirik”.
O qeyd edib ki, Türkiyə Gürcüstanla iqtisadi əməkdaşlıq edən ilk ölkələrdən biridir: “Gürcüstana gələn turistlərin sırasında Azərbaycan və Türkiyədən olanlar ilk beşlikdədir. Ümumilikdə isə bizə turistlərin 60 faizi qonşu ölkələrdən gəlir”.