BAKI, 24 fevral. TELEQRAF

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilir.

Teleqraf xəbər verir ki, iclasa Gürcüstan parlamentinin Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay və Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sədrlik edirlər.

Üçtərəfli iclasda hər üç ölkənin deputatları və nümayəndələri iştirak edirlər.