BAKI, 21 yanvar. TELEQRAF

Milli Məclisdə “Əhalinin məşğulluğu sahəsində aktual problemlər və qarşıda duran vəzifələr“ mövzusunda dinləmə keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ parlamentin Əmək və sosial siyasət komitəsinin 2026-ci ilin yaz sessiyası üçün iş planına daxil edilib.

“Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda da dinləmə keçiriləcək.