BAKI, 21 yanvar. TELEQRAF
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üzrə ilk komitə iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar Milli Məclisin 2025-ci ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat və 2026-ci ilin yaz sessiyası üçün iş planının layihəsidir.
Eyni zamanda Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi və Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də bu gün müzakirəyə çıxarılıb.