BAKI, 16 yanvar. TELEQRAF

"Növbəti bələdiyyə seçkilərində yəqin işğaldan azad olunmuş ərazilərimizdə də bələdiyyələr yaradılacaq və fəaliyyət göstərəcək. Bu çox arzuolunandır və yəqin ki, bunun şahidi olacağıq".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Elman Məmmədov deyib.

"Bu günə qədər bizə deyirdilər ki, əraziniz yoxdur və sizdə bələdiyyə ola bilməz. İndi ərazimiz var və yaradılacaq bələdiyyələr yüksək səviyyədə fəaliyyət göstərəcək", - Elman Məmmədov deyib.