"Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil: "My.gov.az platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəssisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar".