BAKI, 26 dekabr. TELEQRAF

Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan halların siyahısı genişləndiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bu Qanun, Avrasiya Patent Konvensiyası və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun müddəalarına xələl gətirmədən patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.