BAKI, 23 dekabr. TELEQRAF
Milli Məclis Azərbaycanla Türkiyə arasındakı yeni sənədi təsdiq edib.
Teleqraf xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.