BAKI, 19 dekabr. TELEQRAF

"Azərbaycan qarşı Avropa Parlamentinin növbəti dəfə sərgilədyi mövqe onun daxilində olan ziddiyyətlərin göstəricisidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

O qeyd edib ki, Avropa Parlamentindən dünən gecə mənə zəng gəlmişdi: “Zəng edən şəxs dedi ki, biz bu məsələni başqa məqsəd üçün gündəmə gətirmişik. Amma o daha sonra sülh haqqında danışmağa başladı. Ona görə də Azərbaycan tərəfi bu gün öz sözünü ən yüksək səviyyədə deyə bilir”.

Deputat bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə fərqli müstəviyə yüksəlib: “Ona görə də Milli Məclisin Avropa parlamentinin məlum qətnaməsinə cavab olaraq hazırladığı bəyanat onun mahiyyətini tam olaraq ifşa edəcəkdir”.