BAKI, 19 dekabr. TELEQRAF

"Avropa Parlamenti suveren dövlətin daxili işlərinə qarışmağa çalışır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədr müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan Avropa Parlamenti kimi təşkilatların özünün daxili işlərinə qarışmağa imkan verməyəcək: “Onlar kənardan ölkələrin daxilində təxribatlar törətmək üçün müxtəlif qüvvələri idxal etməyə çalışıb. Avropa Parlamentinin Azərbaycana qarşı təxribat xarakterli qətnaməsi cəmiyyətimiz tərəfindən də pislənilənəcək. Çünki bu növbəti anti-Azərbaycan yanaşmasıdır”.