BAKI, 19 dekabr. TELEQRAF
Azərbaycan parlamenti bəyanat yayıb.
Teleqraf xəbər verir ki, Milli Məclis Avropa Parlamentinin qərarına etiraz olaraq bəyanat qəbul edib.
Spiker Sahibə Qafarova qeyd edib ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.
Etiraz bəyanatını deputat Şahin İsmayılov oxuyub.
Xatırladaq ki, Milli Məclisin bügünkü iclasında Avropa Parlamenti ilə bağlı "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələyə baxılıb.
Bəyanatın mətninin hazırlanması üçün Komissiya yaradılıb və onun tərkibinə deputatlar Şahin İsmayılov, Fəzail İbrahimli, Zaur Şükürov, Pərvanə Vəliyeva və Bəhruz Məhərrəmov daxil edilib.
***
11:04
Azərbaycan parlamenti bəyanat yayacaq.
Teleqraf xəbər verir ki, Milli Məclis Avropa Parlamentinin qərarına etiraz olaraq bəyanatı müzakirə edilir.
Spiker Sahibə Qafarova bununla bağlı parlamentin bu gün keçirilən iclasında məlumat verib. O qeyd edib ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.
İclasın gündəliyinə Avropa Parlamenti ilə bağlı "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib.
Milli Məclisin Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Bəyanatın mətninin hazırlanması üçün Komissiya yaradılıb.
Komissiyanın tərkibinə Şahin İsmayılov, Fəzail İbrahimli, Zaur Şükürov, Pərvanə Vəliyeva və Bəhruz Məhərrəmov daxil edilib.