BAKI, 17 dekabr. TELEQRAF
Birbaşa ayrı-seçkilik kişi və qadınlara münasibətdə onların eyni vəzifə funksiyasını yerinə yetirərkən maaşları arasında fərqli yanaşmanın olması anlamına gəlir. Bu, bildiyim qədərilə Azərbaycanda mövcud deyil.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Şöbə müdiri bildirib ki, Azərbaycanda reallıqda orta aylıq əməkhaqqı qadınlara münasibətdə kişilərdə daha yüksəkdir. Bu, əslində dolayı ayrı-seçkilikdir”.