BAKI, 17 dekabr. TELEQRAF

Aliment Fondunun yaradılması çox vacibdir.

Teleqarf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, Aliment Fondunun yaradılması dünyada mövcud olan bir modeldir:

“Müqayisə etdikdə görünür ki, bu, dövlət büdcəsinə heç də problem yaratmayan məsələdir”.