BAKI, 16 dekabr. TELEQRAF
"Gənclər nəinki siqaret çəkir, həm də narkotik maddə də alıb çəkirlər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Eldar İbrahimov deyib.
O qeyd edib ki, bu məsələyə nəzarət etmək olmur: "Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ, bu qanunun yerinə yetirilməsi üçün mexanizm olsun”.