BAKI, 16 dekabr. TELEQRAF

"Hələ də gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meylləri var".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

O qeyd edib ki, bu çox acınacaqlıdır: "Qadınlarımız, qızlarımız bir çox hallarda elektron siqaretdən istifadə edirlər. Bu bizi düşündürür".