BAKI, 16 dekabr. TELEQRAF
Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilir.
Teleqraf xəbər verir ki, birgə komitə iclasının gündəliyinə Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.