BAKI, 16 sentyabr. TELEQRAF

"Azərbaycan ancaq Bakıdan ibarət deyil".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında komitə üzvü, deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, beş-on ildən sonra bunun böyük fəsadları olacaq:

“Kəndli əgər gəlib kənd təsərrüfatı məhsullarını bazarlardan alırsa, bu, artıq kənd həyatının itirilməsi deməkdir. Eyni zamanda azad edilmiş ərazilərə qayıdan insanların kənd həyatına uyğunlaşması isitqamətində də işlər görülməlidir. Biz şəhəri kəndə aparmalıyıq”.