BAKI, 17 sentyabr. TELEQRAF
Parlamentdə “Böyük Qayıdış”la bağlı Azərbaycanın təcrübəsi mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə müzakirə təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyası üçün iş planında əksini tapıb.
İş planına sessiya müddətində işğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında da dinləmələrin keçiriləcək.