BAKI, 10 sentyabr. TELEQRAF

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qurumun 2025-ci il payız sessiyası üçün iş planı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komitənin gündəliyinə iki məsələ daxildir: “Bu, komitənin 2025-ci il payız sessiyası üçün iş planı və əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi mövzusunda dinləmə keçirilməsidir”.