BAKI, 9 sentyabr. TELEQRAF
“Daxili qoşunlar haqqında” yeni qanun layihəsinə əsasən daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bildirilib.
Layihəyə əsasən, daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilə biləcək.