BAKI, 5 iyun. TELEQRAF

“Qaz təchizatı haqqında“ Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Teleqraf xəbər verir ki, müzakirələr Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyunun 10-da keçiriləcək iclasında aparılacaq.

Həmçinin iclasda “Elektroenergetika haqqında” Qanununda dəyişiklik edilməsi, Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik layihələri də müzakirə mövzusu olacaq.