BAKI, 21 may. TELEQRAF
Xarici İşlər Nazirliyində (XİN) çalışan diplomatların gender bölgüsü açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Qeyd olunub ki, XİN-in qadın işçilərinin sayı 147, kişi üzvlərinin sayı isə 214 nəfərdir.
Həmçinin bildirilib ki, diplomatik nümayəndəlikdə çalışan 69 qadın, 297 kişi var. Qadınlardan ikisi səfir vəzifəsindədir.