BAKI, 21 may. TELEQRAF

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Həmçinin 2024-cü ildə Naxçıvanda nikahların ümumi sayı 2247, boşanmaların sayı isə 969 olub.