BAKI, 18 noyabr. TELEQRAF

Azərbaycanda çipsin aksizli malların siyahısına daxil edilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi və yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksiz vergisinin tətbiqi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.