BAKI, 21 may. TELEQRAF

Seksual qısnamaya görə sanksiyaların müəyyən olunması təklif olunur.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi, seksual qısnama halları ilə bağlı monitorinq mexanizmlərinin yaradılması komitənin qarşısında duran əsas vəzifələrdəndir.

Vurğulanıb ki, iş yerlərində seksual qısnamanın aradan qaldırılması ilə bağlı maarifləndirmənin aparılması, xüsusi təlimatların hazırlanması da prioritetlərdən biridir.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.