BAKI, 21 may. TELEQRAF
Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, cinayətlərdən zərərçəkmiş 91 qurbandan 90-ı qadın olub.
52 özünü öldürmə həddinə çatdırma cinayəti qeydə alınıb, intihar etmiş şəxslərdən 35-i qadın 17-i kişidir.
Qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 70 cinayət faktı üzrə 71 qadın zərərçəkmiş qismində tanınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6.970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.