BAKI, 21 may. TELEQRAF

Ötən il ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət (qadın-29, kişi -16) qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, ötən il qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cinayət qeydə alınmayıb.

2024-cü ildə qadınlarla bağlı 6778, o cümlədən zorakılıqla müşayiət olunan 2427 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub.

2023-cü ildə isə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub.

Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4468 şəxs müəyyən edilərək 61,4%-i (2745-i) məsuliyyətə cəlb ediliblər.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.