BAKI, 21 may. Teleqraf

Dövlət Komitəsi gender məsələləri üzrə məsul şəxslərin aşağıdakı fəaliyyətləri həyata keçirməsi üçün bir neçə tövsiyə ilə çıxış edib.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatı məlumatında əksini tapıb.

Həmin tövsiyələr aşağıdakılardır:

- Qadın hüquqları və gender bəra- bərliyi sahəsində dövlətin həyata keçirdiyi siyasət haqqında məlumatlı olmaq;

- Təmsil etdikləri qurumda gender siyasətinin həyata keçirilməsi ilə bağlı müəssisə rəhbərliyinə təkliflər vermək, fəaliyyətlər həyata keçirmək, illik hesabatlar hazırlamaq;

- Mütəmadi olaraq təmsil etdikləri qurumda gender bərabərliyinin təbliğ edilməsi, cinsi ayrı-seçkilik hallarının qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;

- Fəaliyyət sahəsi üzrə gender statistikasının toplanılması və təhlili;

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi təlim və seminarlarda, eləcə də digər tədbirlərdə fəal iştirak etmək.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.