BAKI, 21 may. TELEQRAF

Ötən il Dövlət Komitəsinin uşaq qaynar xəttinə 3635 zəng daxil olub.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə vurğulanıb ki, zənglərdən 145-i şəhər telefonundan, 2617-i nobil nömrədən, 873-ü isə sosial platformalardan (instaqram, feysbuk, gmail, veb-sayt) edilib.

Həmçinin o da vurğulanıb ki, 2010-2024-cü illər aralığında qaynar xəttə müraciət edənlərin sayı 75600 olub.