BAKI, 18 sentyabr. TELEQRAF

Sabah Qazaxıstana ABŞ Federal Aviasiya Administrasiyasının auditorlarından ibarət komanda səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev bildirib.

"Onlar Qazaxıstanın ABŞ-yə uçuşlara icazə alması üçün ölkənin aviasiya təhlükəsizliyini qiymətləndirəcəklər. Hazırlıq işləri davam etdirilir və Qazaxıstan yaxın gələcəkdə ABŞ-yə birbaşa uçuşlara başlamağı planlaşdırır",- o qeyd edib.