BAKI, 23 sentyabr. TELEQRAF

Özbəkistanda Naxçıvandan Türkiyə istiqamətində planlaşdırılan dəmir yolunun tikintisi layihəsində ölkənin iştirak imkanlarının araşdırılması üçün işçi qrup yaradılıb.

Teleqraf xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov "O’zbekiston 24" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, müvafiq tapşırıqlar Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Gürcüstan və Azərbaycana səfərlərinin nəticələrinə əsasən verilib:

"Hər bir istiqamət üzrə ayrıca işçi qrup yaradılıb. Nəqliyyat Nazirliyi görülən işlər, əldə olunan nəticələr və ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə hesabat təqdim edib. Bundan sonra gələcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib".