ŞUŞA, 21 iyul. TELEQRAF
Çox insan hələ də media savadlılığının nə olduğunu tam dərk etmir.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu TRT World telekanalının aparıcı nümayəndəsi Cəffar Hasnain bu gün III Şuşa Qlobal Media Forumunda – “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, jurnalistika çox vacib və həssas sahədir.
“Hazırda sosial media qlobal miqyasda sürətlə yayılıb və bir çoxları tərəfindən məlumat mənbəyi kimi istifadə olunur. Təəssüf ki, bəzi hallarda sosial mediada yayımlanan informasiyalar birbaşa xəbər saytlarında dəqiqləşdirilmədən paylaşılır ki, bu da peşəkar jurnalistika prinsiplərinə ziddir”,- C.Hasnain bildirib.