ŞUŞA, 20 iyul. TELEQRAF

"Qazaxıstanda süni intellekt sahəsində fəaliyyət göstərəcək yeni bir mərkəz yaradılır".

Teleqaf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Qazcontent” ASC İdarə Heyətinin sədri Aina Zadabek bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mərkəz xüsusi bir binada yerləşəcək və burada süni intellekt texnologiyalarına dair müxtəlif tədbirlər və təşəbbüslər həyata keçiriləcək.

Əsas hədəf 1 milyondan artıq insana süni intellektin mahiyyəti və imkanları haqqında məlumat verməkdir. Əgər süni intellekt texnologiyalarından düzgün şəkildə faydalana bilsək, bu, olduqca müsbət nəticələrə gətirib çıxaracaq”,- Aina Zadabek bildirib.