ŞUŞA, 20 iyul. TELEQRAF
"Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına valeh oldum".
Bunu Litva Jurnalistlər İttifaqının üzvü, hərbi jurnalist, III Şuşa Qlobal Media Forumu iştirakçısı Ricardas Lapaitis Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşının sualına cavab olaraq deyib.
Onun sözlərinə görə, dünyada belə çıxışlara nadir hallarda rast gəlmək olar:
“İlham Əliyev çıxışında Azərbaycanın bütün tarixini əhatə etdi. O, ölkənin çətin dövrlərini, Azərbaycanın tək qaldığı vaxtları xatırlatdı”,- jurnalist qeyd edib.
L.Lapaitis vurğulayıb ki, indi hər kəs Azərbaycandan dəstək istəyir.