BAKI, 18 iyul. TELEQRAF

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında rektor vəzifəsinə yeni təyinat olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə bu vəzifəyə Almaz Mahmud (Nəsibova) təyin edilib.

Almaz Mahmud Teleradio Akademiyasında prorektor vəzifəsində çalışırdı. Filologiya üzrə fəlsəfə doktoru olan Almaz Mahmud 20-dən çox məqalə və kitabın müəllifidir.