BAKI, 23 aprel. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" platformasında məlumat verib.
Görüş zamanı iki qardaş ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.