BAKI, 29 avqust. TELEQRAF

"Yeddi saat Moskvada Domodedovo Hava Limanında qaldım".

Bu barədə Teleqraf-a müğənni Şəbnəm Tovuzlu Rusiyada hava limanında saxlanmasından danışarkən deyib.

"Bizimlə birlikdə musiqiçilər də var idi. Şükür, gəlib çatdıq, Samaradayıq. Burada toy məclisində iştirak edəcəyik", - deyə müğənni əlavə edib.

Qeyd edək ki, ötən gün meyxanaçı Namiq Qaraçuxurlu da Rusiyaya gedərkən 9 saata yaxın Şeremetyevo Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən saxlanılmışdı.