LAÇIN, 25 avqust. TELEQRAF
IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçında keçirilir.
Teleqraf-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, müsabiqədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov iştirak edir.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə 12 ifaçı iştirak edir.
Müsabiqənin münsiflər heyəti kürsüsündə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşib.
"Muğam" Televiziya Müsabiqəsində iki yaş aralığında - 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar.
Müsabiqəsinin final mərhələsində qaliblərin mükafatlandırılacaq.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.