
BAKI, 14 fevral. TELEQRAF
"Telegram" messencerinin istifadəçiləri Sevgililər Gününə özəl yenilənmiş hədiyyələrə 6 dəqiqə ərzində 400 min dollar xərcləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov məlumat verib.
“Bütün kolleksiya 6 dəqiqə ərzində satıldı. İnsanlar 2000 ürəyin hər biri üçün 200 dollardan çox pul ödəyiblər. 6 dəqiqəyə 400 min dollar", - deyə Durov yazıb.
"Telegram"ın həmtəsisçisi əlavə edib ki, hər biri təxminən 50 dollar dəyərində olan içində kolleksiya hədiyyələri çıxan 15 000 "qənimət çantası" da 24 dəqiqə ərzində, ümumilikdə 750 000 dollara satılıb.