BAKI, 16 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası paytaxt Ər-Riyadda, eləcə də qərb və cənub bölgələrindəki Yanbuda aşkar edilən üç raket və üç pilotsuz uçuş aparatının (PUA) havada məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Ərəb Koalisiyasının sözçüsü briqada generalı Turki əl-Maliki yazılı açıqlamasında Səudiyyə Ərəbistanının qərbindəki Qırmızı dəniz sahilindəki Yanbu şəhəri üzərində səmada aşkarlanan ballistik raketin vurulduğunu bildirib.
Maliki həmçinin Qırmızı dəniz üzərində aşkarlanan iki qanadlı raketin məhv edildiyini və paytaxt Ər-Riyadda və cənub bölgəsində üç dron aşkar edilərək vurulduğunu açıqlayıb.