BAKI, 16 oktyabr. TELEQRAF

Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" evdə "Araz-Naxçıvan"a qalib gəlib.

Teleqraf xəbər verir ki, SOCAR Polymer Arenada baş tutan görüş 2:1 hesabı ilə bitib.

Qonaqların heyətində Alberto Fernandes (32), meydan sahiblərində isə Ronaldo Vaskes (62) və Nihad Əhmədzadə (82) fərqlənib. Qonaqların futbolçusu Ağadadaş Salyanski 85-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

"Sumqayıt" hazırda turnir cədvəlində 8 xalla 8-ci pillədə yer alıb. 2 xala malik "Araz-Naxçıvan" isə 12-cidir.