Reseptlər paylaşaraq böyük izləyici kütləsi qazanan "TikTok" bloggeri Baba Maşa 98 yaşında vəfat edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə bloqqerin Telegram kanalında məlumat verilib .

“Hörmətli abunəçilər, təəssüf ki, Maşa nənə bu gün vəfat etdi. Bunun nə qədər ağrıdığına söz yoxdur”, - məlumatda deyilir.