Londonda yerləşən məşhur Madam Tüsso muzeyi daha bir məşhur sənətçinin mum heykəli ilə zənginləşib.

Muzeydə bu dəfə Cenifer Lopezin böyük ombası ilə heykəli nümayişə qoyulub. Yeni fiqur bir neçə gün sonra Braziliyada başlanacaq dünya çempionatında təqdim olunacaq. Çempionatın himnini ifa edən müğənninin obrazı mahnı üçün çəkilmiş video çarxdan götürülüb.

Cenifer Lopez məşhur rep ifaçısı Pitbull və braziliyalı müğənni Klaudiya Leytte ilə birlikdə "We are one" adlı himni ifa ediblər. Amma bunlara baxmayaraq JLO çempionatda çıxış etməyəcək.

Xatırladaq ki, 44 yaşlı sənətçi 27 yaşlı rəqqas sevgilisi olan Kasper Smart ilə ayrılıb. Son zamanlar xarici mediada Kasperin onu transseksual model ilə aldatdığı barədə xəbərlər yayılıb. Cütlüyün iki ay öncə araları soyusa da bu hadisədən sonra tamamiylə ayrılıblar./anspress/