BAKI, 18 mart. TELEQRAF
Norveçin “Budo/Qlimt” komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Teleqraf xəbər verir ki, Norveç təmsilçisi cavab oyununda səfərdə Portuqaliyanın “Sportinq” klubuna əlavə vaxtda 0:5 hesabı ilə məğlub olub. Bununla da iki oyunun nəticəsinə əsasən (ilk oyun 3:0, cavab oyunu 0:5) Lissabon təmsilçisi ümumi hesabda 5:3 üstünlüklə 1/4 finala yüksəlib.
Lissabonda keçirilən görüşdə qolları Qonsalu İnasio (34-cü dəqiqə), Pedru Qonsalveş (61), Luis Suares (78, penalti), Maksimiliano Arauxo (92) və Rafael Nel (120+1) vurublar.
1/4 final mərhələsində “Sportinq” İngiltərənin “Arsenal” və Almaniyanın “Bayer” komandaları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq.