BAKI, 18 mart. TELEQRAF
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində FHN tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.
Teleqraf xəbər verir ki, eyni zamanda, FHN-in əməkdaşları sahibkarlara mallarını yanğın baş verən ərazidən təhlükəsiz şəkildə çıxarmalarına lazımi köməklik göstərir.
Əlavə məlumat veriləcək.
***
22:37
Paytaxtın Binəqədi rayonu ərazisində mebel sexində baş vermiş yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunur.
DİN Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar Post-Patrul Xidməti və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Görülən zəruri tədbirlər nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudlaşma yoxdur.
***
21:30
Paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
21:00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a FHN-dən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.