BAKI, 17 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibə səbəbindən Terrorla Mübarizə Mərkəzinin rəhbəri Con Kentin istefasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, Ağ Evin aparat rəhbəri Co Kentin bundan sonra vəzifədə qala bilməyəcəyini açıqlayıb.

"Onun bəyanatını oxudum. Həmişə onun insan kimi çox yaşı, təhlükəsizlik məsələsində isə çox zəif olduğunu düşünürdüm. Onun bəyanatını oxuyanda başa düşdüm ki, İranın təhlükə olmadığını dediyi üçün ayrılması yaxşı haldır. İran təhlükə idi. Hər ölkə İranın nə qədər təhlükə olduğunu başa düşürdü", - Tramp deyib.